2023-cü ildə daha 9 ölkə Fələstinin müstəqilliyini tanıya bilər.
Yenisabah.az xəbər verir ki, bunu Fələstinin XİN rəhbəri Riyad əl-Maliki bildirib.
Xatırladaq ki, Fələstin lideri Mahmud Abbas daha əvvəl bəyan etmişdi ki, Fələstinin tanınması regionda sülhün açarıdır. Hazırda 138 dövlət Fələstinin müstəqilliyini tanıyır.
Xİn başçısı deyib: “Tanınma məsələsi davamlı prosesdir. Buna çox ciddi yanaşır və istəyirik ki, Fələstini tanıyan ölkələrin sayı 2023-cü ildə 155-ə çatsın. 2023-cü ildə 9 ölkənin Fələstini tanımasını gözləyirik”.
Fələstinli nazir iki həftə ərzində adı açıqlanmayan Afrika ölkəsinə səfər edəcəyini və səfərinin sonunda Fələstinin tanınacağınınını elan ediləcəyini gözlədiyini bildirib:
“İndi biz Amerikada başqa bir ölkə ilə də işləyirik, onlar da tanınma işi üzərində işləyirlər. Hazırda Qərbi Avropanın 8 ölkəsi ilə də bu məsələylə bağlı iş aparılır".
Telegram kanalımız