Tehranda "3+3" - Ermənistan, Azərbaycan, Gürcüstan, İran, Rusiya, Türkiyə, daha dəqiq desək, "2+3" (çünki Gürcüstan yox idi) regional formatının xarici işlər nazirlərinin görüşü keçirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev yazıb.
O, sosial şəbəkə hesabında Tehran görüşünün nəticələrini qeyd edib: pizza mizza
- İran prezidenti Rəisi həm Ermənistan, həm də Azərbaycanın xarici işlər naziri ilə görüşüb.
- Türkiyənin xarici işlər naziri də erməni həmkarı ilə ikitərəfli görüş keçirib.
- Azərbaycanın XİN rəhbəri regional nəqliyyat əlaqələrinin, o cümlədən İran ərazisindən keçməklə, Azərbaycanla Naxçıvan eksklavı arasında nəqliyyat marşrutunun vacibliyini vurğulayıb (Ermənistan ekstraterritorial iddia bəhanəsi ilə öz ərazisindən keçən marşruta icazə verməkdən imtina edib. Ermənistan çox güman ki, regional nəqliyyat şəbəkəsindən kənarda qalacaq, bu, artıq enerji/boru kəmərləri, BTC və s. ilə baş verib).
- Azərbaycanın xarici işlər naziri bildirib ki, Azərbaycan və Ermənistan arasında normallaşma perspektivi var, Bakı sülh müqaviləsinin imzalanması və ondan sonrakı tədbirlər kontekstində Ermənistandan konstruktiv addımlar gözləyir.
- İndiyədək ara-sıra görüşlər və bəzi iki və üçtərəfli layihələrdən başqa, möhkəm regional platforma yoxdur.
- Formatın uğuru həm daxili/regional amillərdən, həm də xarici geosiyasi güclərdən asılı olacaq.
- Növbəti görüşün 2024-cü ilin birinci yarısında Türkiyədə keçirilməsi planlaşdırılır.
Bununla yanaşı, Rusiya və İran gömrük rüsumlarının ləğvi, Ermənistan və İran isə iki ölkə arasında avtomarşrutun tikintisinə dair müqavilə imzalayıblar.
Telegram kanalımız