Fəvvarələr meydanında dava: Ofisiantlar bıçaqlandı 

saytların hazırlanması

Evə çatdırılma

Fəvvarələr meydanında dava: Ofisiantlar bıçaqlandı 

Kriminal

15 May 2024 09:37 661


Bakının Səbail rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami küçəsində yerləşən meydanda qeydə alınıb. 

Belə ki, 2003-cü il təvəllüdlü Oktay Şahin oğlu Qurbanlı və onun iş yoldaşı 2002-ci il təvəllüdlü Turqut Tofiq oğlu Cümiyev dava zamanı bıçaqlanıb. pizza hut

Hadisə onlar sözügedən ərazidə yerləşən restorandan çıxıb evə gedərkən baş verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Xəsarət alan şəxslərin vəziyyəti ağır kimi qiymətləndirilir. 

Yaralılar restoranda ofisiant işləyir. 

Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!