Bakıda təkər tullantıları yanır.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, S.Mehmandarov küçəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub. Marqarita pizza
İlkin məlumata əsasən, yol kənarında təqribən 500 m² sahədə təkər tullantıları yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Telegram kanalımız