FHN-in sabiq şöbə rəisinə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

FHN-in sabiq şöbə rəisinə hökm oxundu

Kriminal

05 Noyabr 2024 18:14 1590


Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına icazə sənədlərinin alınmasını vəd edərək dələduzluq etməkdə təqsirləndirilən Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat İstintaq İdarəsinin əməliyyat şöbəsinin sabiq rəisi Asim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə həmin şöbənin sabiq rəisi, kapitan Asim Əliyevə hökm oxunub.

Hökmə əsasən, o bu əməlinə görə üç il müddətinə azadlıqdan məhrum edilib. Onun hazırkı cəzası 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə birləşdirilib. pizza sifarişi

Asim Əliyevin üzərində qəti olaraq iki il müddətə FHN sistemində müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı il altı ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, o, fərdi şəxslərə Bakıda üzərində hər hansı tikintinin aparılmasının qadağan olunduğu dövlət şirkətinə məxsus ərazilərdə inşa edilmiş yaşayış evlərinə, eləcə də həmin torpaq sahələrinə mülkiyyət hüququna dair sənədlərin, eləcə də müvafiq tikinti aparılmasına dair icazələrin alınmasını təşkil edə biləcəyinə dair yalan vədlər verib. Bu məqsədlə zərərçəkənlərdən külli miqdarda pul alaraq onlara qarşı dələduzluq etməkdə təqsirli bilinib.

Asim Əliyev Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.

Qeyd edək ki, Asim Əliyev 2023-cü ildə həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə beş il altı ay müddətinə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!