FHN küləyin yaratdığı təhlükəli halı aradan qaldırdı - Video

saytların hazırlanması

Evə çatdırılma

FHN küləyin yaratdığı təhlükəli halı aradan qaldırdı - Video

Hadisə

08 May 2022 19:39 262


Əsən güclü küləyin yaratdığı təhlükəli halların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə beton parçalarının qoparaq asılı vəziyyətdə qalması və hər an ətrafdakı insanlar üçün təhlükə yaratması barədə Nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Sezar pizza

Xilasedicilər binanın damında asılı vəziyyətdə qalmış beton parçalarını operativ olaraq götürərək təhlükəni aradan qaldırıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!