Fidan: “Sülhün bərqərar olması üçün əlimizdən gələni edəcəyik”

saytların hazırlanması

Evə çatdırılma

Fidan: “Sülhün bərqərar olması üçün əlimizdən gələni edəcəyik”

Siyasət

14 Dekabr 2023 15:40 406


Türkiyə Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün əlindən gələni etməyə hazırdır.

Yenisabh.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Azərbaycanla Ermənistan arasındakı sülhün bərqərar olması üçün əlimizdən gələni etməyə hazırıq. Sülh danışıqlarının hansı mərhələdə olduğunu Prezident İlham Əliyev və nazir Ceyhun Bayramovla danışmışıq. Hesab edirik ki, sülhün bərqərar olması üçün kiçik texniki detalları çıxmaq şərti ilə heç bir problem yoxdur", - deyə o qeyd edib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!