Filarmoniya direktorunun köməkçisi ev dustaqlığına buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Filarmoniya direktorunun köməkçisi ev dustaqlığına buraxıldı

Kriminal

14 Noyabr 2024 13:39 1258


4 ay əvvəl korrupsiya əməliyyatı ilə bağlı həbs edilən Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov ev dustaqlığına buraxılıb.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin vəkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatətini əsaslı hesab edib.

R.Əliyevin bəlli yaşayış yerinin olması, istintaqdan yayınmaq fikrinin real görünməməsi qətimkan tədbirinin dəyişməsi üçün əsaslar hesab edilib. Dominos pizza

Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin köməkçisi olan Rəşad Məmmədov 70 min manat rüşvət almaqda ittiham olunur. İş üzrə ibtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!