Finlandiya Rusiya ilə sərhədi bağlamaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

Finlandiya Rusiya ilə sərhədi bağlamaq istəyir

Dünya

14 Noyabr 2023 21:06 912


Finlandiyanın Daxili İşlər Nazirliyi yaxın vaxtlarda hökumətə Rusiya Federasiyası ilə sərhəd-keçid məntəqələrinin bağlanması təklifi hazırlayacaq.

Yenisabah.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mari Rantane məlumat verib.

Onun sözlərinə görə, son vaxtlar Rusiya-Finlandiya sərhədini müvafiq sənədlər olmadan keçmək istəyənlərin sayı artmaqdadır. Söhbət qanunsuz miqrasiyadan gedir. Finlandiya hakimiyyəti qaçqınların sayına Rusiyanın planlaşdırılan kampaniyasının səbəb olduğunu düşünür. Dominos pizza

Əvvəllər qanunsuz miqrasiyanın artması səbəbindən ölkə hakimiyyəti Rusiya Federasiyasına velosipedlə girişi qadağan etmişdi. Qərar noyabrın 15-dən qüvvəyə minir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!