Fransa Ermənistana hərbi yardım göstərə bilərmi?   - Səfirdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Fransa Ermənistana hərbi yardım göstərə bilərmi? - Səfirdən açıqlama

Siyasət

28 İyul 2021 13:59 3013


“Fransa Ermənistan hakimiyyəti tərəfindən ünvanlanan bütün müraciətlərə baxmağa hazırdır”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakott bildirib.

O, ölkəsinin Ermənistan Respublikasının təhlükəsizliyinin təmin olunmasında iştirakının mümkünlüyü barədə sualı cavablandırarkən deyib ki, bəzi reallıqlar nəzərə alınmalıdır. “Məsələn, Fransa və Ermənistan eyni hərbi ittifaqın üzvü deyil. Ümumiyyətlə, vəzifəmiz gələcək müharibəyə hazırlaşmaq deyil. Bizim rolumuz yeni bir qarşıdurmanın qarşısını almaq və bölgədəki problemli məsələlərin nəhayət həll edilməsinə imkan verəcək siyasi prosesi müşayiət etməkdir”. pizza mizza

Səfir əlavə edib ki, hazırda Fransa Prezidenti Emmanuel Makronun Ermənistana gəlişi üçün dəqiq bir tarix yoxdur. “Prezident Makron yalnız bölgədə gedən siyasi prosesləri dəstəkləməyin həqiqətən faydalı olduğu ortaya çıxanda səfər edəcək”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!