“Fransa Minsk qrupundakı həmsədrliyini davam etdirir“ - XİN

saytların hazırlanması

Evə çatdırılma

“Fransa Minsk qrupundakı həmsədrliyini davam etdirir“ - XİN

Dünya

12 Aprel 2022 12:04 967


Fransa həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı Şurasının prezidenti və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına tam sadiqliyini bir daha təsdiqləyir.

Yenisabah.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyanat verib.

Nazirlik Fransanın həmsədrlik etdiyi Minsk Qrupunun gələcəyi ilə bağlı hansı mövqedən çıxış edəcəyini açıqlayıb: Pepperoni pizza

“Fransa bu statusda humanitar məsələlərdə irəliləyişə nail olmaq üçün Ermənistan və Azərbaycanla işləməyə davam edəcək və sərhədlərin demarkasiyası, regionun təcridinin aradan qaldırılması, irsin qorunması, sülh müqaviləsinin bağlanması, iki ölkə arasında Dağlıq Qarabağ probleminin həlliprosesinə töhfə verməkdə davam edəcək. Bu məqsədlə fevralın 4-də Prezident Makronun Ermənistanın baş naziri, Azərbaycan Prezidenti və Avropa İttifaqı Şurasının prezidenti ilə videokonfrans formatında görüş təşkil olunub. Minsk Qrupunun fransalı həmsədri bu günlərdə İrəvanda işgüzar səfərdədir”.

Xatırladaq ki, ötən həftə Rusiya XİN-in rəhbəri S. Lavrov ABŞ və Fransadan olan Minsk qrupu həmsədrlərinin fəaliyyətini dayandırdığını bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!