Fransa Paşinyanı qızışdırır: “Onları Qarabağa qayıtmağa qoyma”

saytların hazırlanması

Evə çatdırılma

Fransa Paşinyanı qızışdırır: “Onları Qarabağa qayıtmağa qoyma”

Siyasət

05 Oktyabr 2023 08:22 781


"Diplomatik mənbələrdən məlum olub ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna “məcburi köçkünlər” məsələsini daha da qızışdırmaq üçün Ermənistan hökumətini erməni əhalisinin Qarabağa qayıtmasının mümkün qədər qarşısını almağa inandırmağa çalışır".

“Yeni Sabah” xəbər verir ki, bu barədə Radio_Baku Telegram kanalı məlumat yayıb.

Məlumatda iddia edilir ki, fransız nazir Paşinyana bu məqsədlə Aİ-dən, xüsusən də Fransadan əlavə maliyyə dəstəyi vəd edib. Paşinyan çoxlu sayda Qarabağ ermənilərinin Ermənistanda saxlanılması ideyasına həvəs göstərməsə də, bu təkliflə razılaşıb. Dominos pizza

Məlumatda o da qeyd olunur ki, Ermənistandakı rusiyayönlü daşnak-Qarabağ qanadı Ermənistan hakimiyyətinə təzyiq platformasını bərpa etmək üçün taktikanı dəyişmək və bəzi ermənilərin geri qayıtmasına şərait yaratmaq barədə ciddi düşünür.

Radio_Baku daha sonra yazır: "Baş verənlər fonunda, deyəsən, Bakı bütün kartları yenidən qarışdırıb - erməni mətbuatında birdən-birə etnik erməninin Xankəndinə müvəqqəti nəzarətçi təyin edilməsi ilə bağlı məlumatın yayılması ilə".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!