Fransa terrora dəstək verir - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

Fransa terrora dəstək verir - Ərdoğan

Dünya

29 Fevral 2024 17:27 695


Fransa terrora dəstək verən əsas ölkədir.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Fransa şirkəti olan “La Farge” Suriyada terrorçular üçün mağaralar hazırlayır: “Amma bu, işə yaramadı. Suriyanın şimalında “La Farge”nin bütün mağaralarını dağıtdıq”. Sezar pizza

Dövlət başçısı söyləyib ki, Türkiyəni istədikləri kimi idarə etməyə çalışan imperialist güclər var: “Həm daxili, həm də xarici təhdidlərlə mübarizə aparırıq. Koronavirus pandemiyası və Rusiya ilə Ukrayna arasında müharibə olmasa idi, imperialist güclər daha nələr edərdilər, Allah bilir. Ən böyük uğurumuz bütün çətinliklərə baxmayaraq, ölkəmizdəki demokratiyanı qorumaqdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!