Fransanın xarici işlər naziri Ketrin Kolonna ilk işgüzar səfərlə Kiyevə gedir.
Yenisabah.az "France 24"ə istinadla xəbər verir ki, o, ukraynalı vəzifədaşı Dmitri Kuleba və Volodimir Zelenski ilə görüşlər planlaşdırılıb.
Ketrin Kolonna Fransanın Ukrayna xalqı ilə həmrəyliyini və Ukraynaya dəstəyi artırmaqda tam qətiyyətini nümayiş etdirmək istəyir. Bundan başqa, humanitar və maliyyə şərtləri və müdafiə ləvazimatlarının tədarükü məsələsi müzakirə olunacaq Dördpendirli pizza
Nazir Buça şəhərinə səfər edəcək və Parisin göndərdiyi mülki təhlükəsizlik texnikasını (yanğınsöndürən maşınlar və təcili yardım maşınları) Ukrayna hakimiyyətinə təhvil verəcək.
Telegram kanalımız