Fransada polis briqadiri məxfi məlumatları satdı

saytların hazırlanması

Evə çatdırılma

Fransada polis briqadiri məxfi məlumatları satdı

Dünya

12 Noyabr 2023 22:11 565


Məxfi dosyeləri satmaqda şübhəli bilinən Fransa Daxili İşlər Nazirliyinin əməkdaşı həbsxanaya göndərilib.

32 yaşlı kişi Parisin 12-ci rayonundakı cinayət idarəsində polis briqadiri vəzifəsində çalışıb.

Onun işlədiyi müddətdə şifrələnmiş “Telegram” mesajlarından istifadə edərək yüzlərlə polis faylını satdığı bildirilir. Bu yolla o, qanunsuz olaraq bir neçə min avro qazanıb. Dominos pizza

Müstəntiqlər polisin motivlərini ehtimal olunan qumar asılılığı ilə əlaqələndirirlər.

Hüquq-mühafizə orqanının əməkdaşı ilə bağlı istintaq hələ yanvarda başlayıb.

Hazırda həbsdə olan polis əməkdaşı “dövlət vəzifəsini tutan şəxs tərəfindən sənədləri saxtalaşdırma”, “aktiv korrupsiya” və “passiv korrupsiya” maddələri ilə ittiham olunur./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!