Fransanın Azərbaycanla bağlı ittihamları əsassızdır.
Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
O, Qarabağda erməni terrorçuların çıxarılması üçün antiterror tədbirləri keçirdiyini xatırladıb: "Antiterror tədbirləri nəticəsində terrorçular ərazidən çıxarıldı. Bundan sonra Azərbaycana qarşı soyqırımı ittihamları səsləndi. Amma bu təsdiqlənmədi. Ümumiyyətlə, belə bir şeydən söhbət gedə bilməz. Əraziyə göndərilən BMT missiyaları nəyəsə nail ola bilmədi. Xüsusilə, Fransanın ittihamlarının heç bir əsası yoxdur”. Dördpendirli pizza
Ö. Çelik bildirib ki, Azərbaycan Qarabağdakı ermənilərə qalıb yaşamağı da təklif edib.
Telegram kanalımız