Fransanın Azərbaycandakı iki diplomatı qovuldu - Bakıdan sərt qərar

saytların hazırlanması

Evə çatdırılma

Fransanın Azərbaycandakı iki diplomatı qovuldu - Bakıdan sərt qərar

Siyasət

26 Dekabr 2023 14:58 693


Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. 

Bu barədə Yenisabah.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.  Dominos pizza

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!