Azərbaycan tarixi Zəfərindən sonra bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edib. Dövlətimiz bu istiqamətdə səylərini günbəgün artırsa da işğalçı Ermənistan havadarlarının maraqlarının ifadəçisi kimi yenə də müxtəlif vasitələrlə, əsassız təbliğatı ilə prosesin uzanmasında maraqlı olduğunu nümayiş etdirir.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə saxta erməni təbliğatının hədəfindən bəhs edərək bildirib ki, Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən işğalçı dövlət və onu himayə edən qüvvələr ölkəmizi guya sərhəddə vəziyyəti gərinləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətinə fərqli don geyindirməyə çalışır. pizza hut
Prezident İlham Əliyev bu günlərdə “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında da bu çağırışı etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz.
YAP Xətai rayon təşkilatının sədri diqqəti avqustun 28-də Fransa Prezidenti Emmanuel Makronun səfirlər konfransı zamanı səsləndirdiyi sərsəm fikirlərə və Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına yönəldib. Qeyd edib ki, Xarici İşlər Nazirliyi mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prosesinə xələl kimi dəyərləndirir. Fransa Prezidentinin növbəti dəfə bölgədə humanitar vəziyyət barədə iddiaları əsas götürərək sərsəm fikirlər səsləndirməsi bu ölkənin siyasətinin yanlış olduğunu bir daha sübut edir.
Telegram kanalımız