GELLUP Ermənistanda KTMT ilə bağlı problemlər və Fransadan silah tədarükü ilə bağlı daha bir sorğunun nəticələrini təqdim edib.
Yenisabah.az xəbər verir ki, sorğunun müəllifləri nəticələrin təqdimatına düşünülmüş “Fransız öpüşü” adını qoyublar.
Sorğunun nəticələrinə görə, 35 faiz hesab edir ki, ölkənin düşdüyü vəziyyət hakimiyyətin, 29,9 faiz xarici qüvvələrin, 24 faizdən çoxu dünyadakı münaqişələrin nəticəsidir. Sezar pizza
"Baş nazirin KTMT-yə üzvlüyün dondurulması təşəbbüsü ölkənin maraqlarına uyğundurmu" sualına 23 faizdən çoxu bunun müvafiq, 13,9 faiz bir qədər uyğun, 16 faizdən çoxu kifayət qədər müvafiq olmadığı fikrindədir; 42 faizdən çoxu tamamilə qeyri-müvafiq olduğuna inanır.
“Ermənistan KTMT-də qalmalıdır, yoxsa NATO-ya qoşulmalıdır” sualına 40 faizdən çoxu ölkə neytrallığını qoruyub saxlamalı və heç bir hərbi blokda olmamalı, 28 faizdən çoxu isə KTMT-də qalmalı olduğunu bildirib.
Təxminən 56 faiz Fransa ilə hərbi əməkdaşlığın inkişafını müsbət, cəmi 4,7 faiz mənfi qiymətləndirib. 46 faiz Fransadan, 21,9 faiz Rusiya Federasiyasından, 15,9 faiz İrandan, daha sonra ABŞ, Hindistan və Çindən silah almağa üstünlük verib.
Telegram kanalımız