G7 Ukraynaya əlavə maliyyə dəstəyi verəcək

saytların hazırlanması

Evə çatdırılma

G7 Ukraynaya əlavə maliyyə dəstəyi verəcək

Dünya

21 Aprel 2022 11:05 455


G7-nin maliyyə nazirləri 2022-2023-cü illərdə Ukraynaya 24 milyard dollardan çox əlavə dəstək vermək üçün beynəlxalq ictimaiyyətlə işləyəcəklərini bildiriblər.

Yenisabah.az "Reuters" istinadla xəbər verir ki, onların bəyanatında qeyd olunur: 

“Rusiyanın qəddar təcavüzü, Ukrayna əhalisinin iztirabları və ölkənin uzun müddət məhv edilməsi fonunda, lazım gələrsə, daha çox şey etməyə hazırıq”. pizza hut

Bəyanatda nazirlər Rusiyanın beynəlxalq forumlarda, o cümlədən G20, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının bu həftə keçirilən iclaslarında iştirakından təəssüfləndiklərini əlavə ediblər.

"Beynəlxalq təşkilatlar və çoxtərəfli forumlar artıq Rusiya ilə adi şəkildə iş aparmamalıdır", - deyə G7 nazirləri vurğulayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!