Gələcək XİN rəhbərindən tələb: “Səhvinizi düzəldin!“

saytların hazırlanması

Evə çatdırılma

Gələcək XİN rəhbərindən tələb: “Səhvinizi düzəldin!“

Siyasət

12 Avqust 2021 13:07 4058


İran prezidenti İbrahim Rəisinin xarici işlər naziri vəzifəsinə namizəd irəli sürdüyü Hüseyn Əmir Abdullahian Rusiya və İngiltərə səfirlərinə sərt təpki göstərib.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, o, diplomatları təcili qaydada səhvlərinin düzəltməyə çağırıb.

Hüseyn Əmir Abdullahian öz "Twitter" hesabında yazıb: "Tehranda iki xarici səfirin diplomatik olmayan hərəkəti İran İslam Respublikasında ictimai fikrini coşdurub, bu, diplomatik etiketə və qeyrətli İran xalqının milli qüruruna etinasızlıqdır". pizza

Xatırladaq ki, Rusiya səfiri Levon Caqaryan və Böyük Britaniyanın Tehrandakı yeni səfiri Saymon Şerklifin 1943-cü ilə Ruzvelt, Çörçill və Stalinin Tehran konfransını keçirdiyi binanın pilləkənlərində foto çəkdiriblər.

Foto Rusiya səfirliyinin "Tvitter" hesabında paylaşılandan sonra sərt tənqidlər doğurub.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də mövzu ilə bağlı tənqidi paylaşım edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!