“Müharibədə dönüş nöqtəsi gəlir, gələn il həlledici olacaq”.
Yenisabah.az “Bloomberg”ə istinadla xəbər verir ki, bunu Vaşinqtondakı Hudzon İnstitutunda çıxış edən Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak deyib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı inkişaf etməkdədir və Ukrayna qələbəni necə əldə edəcəyini bilir. Sezar pizza
Yermak hərbçilərin Xerson vilayətinin sol sahilində möhkəmləndiyini də təsdiqləyib.
Onun sözlərinə görə, müharibənin indiki mərhələsində Kiyevin daha çox silaha, o cümlədən hava hücumundan müdafiə sistemlərinə, Rusiyaya və ona hərbi yardım göstərən ölkələrə qarşı sanksiyaların tətbiqinə ehtiyacı var.
Telegram kanalımız