Gəncədə silah və narkotik aşkarlanıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, silsilə oğurluq törədən Nicat Mehtiyev saxlanılıb. Şübhəli şəxsdən 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 3 ədəd həmin tüfəngə məxsus 16 kalibrli patron və 1 ədəd giliz aşkar olunaraq götürülüb.
Bundan başqa, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Elmir Vəliyevdə 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid bir ədəd daraq və 1 ədəd patron aşkar edilib. pizza mizza
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları oğruluq törətməkdə şübhəli bilinən Ruslan Qasımov və İlqar Əliyev, habelə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən 10-yaxın şəxs saxlanılıb.
Telegram kanalımız