Gəncədəki qətlin bəzi detalları məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Gəncədəki qətlin bəzi detalları məlum oldu

Kriminal

02 Noyabr 2024 21:43 1881


Gəncə şəhərində 44 yaşlı Şəmistan Süleymanovun ölümünün bəzi təfərrüatı məlum olub.

"Unikal"ın məlumatına görə, qətlə yetirilən 1971-ci il təvəllüdlü Şəmistan Süleymanov Nəsimi Mustafayevin fəhlə işlədiyi ünvana gələrək borcunu istəyib.

Nəticədə onlar arasında mübahisə yaşanıb və N.Mustafayev Şəmistan Süleymanova kəsici alətlə bir neçə zərbə vurub. Ş.Süleymanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. pizza sifarişi

Məlumat üçün bildirək ki, mərhum usta olub və tərəflər arasında qohumluq əlaqələri var. Hadisə Tontanlı küçəsi, 6-cı döngə, ev 13-də (yeni məhlələr) baş verib.

Qeyd edək ki, hadisənin 400 manat borc üstündə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!