Gəncəyə dolu yağdı - Faktiki hava 

saytların hazırlanması

Evə çatdırılma

Gəncəyə dolu yağdı - Faktiki hava 

Sosial

24 İyul 2024 15:49 518


İyulun 24-ü saat 15:30-a olan məlumata görə, Daşkəsən, Gəncə, Göygöl, Şabran, Qrız, Xınalıq, Şahdağ, Qusar (Laza), Xaçmaz, Göyçay, Balakən, Şəkidə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, saat 15:03-15:05 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsinə diametri 3 mm olan dolu düşüb. 

Əvvəlcədən verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 15 m/s, Goranboyda isə 19 m/s-yə çatıb. Sezar pizza

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 34, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti qeydə alınıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!