Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) iki generalı ehtiyata buraxılıb. Bu gün DSX sədrinin sabiq müavinləri general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov Dövlət Sərhəd Xidmətinin döyüş bayrağı ilə vidalaşıblar.
Yenisabah.az xəbər verir ki, ehtiyata buraxılan rəis müavini, DSX-in Maddi-Texniki Təminat Baş idarəsinin rəisi, general-leytenant İsmayıl Əkbərovun yerinə artıq təyinat olub.
Belə ki, bu posta onun müavini vəzifəsində çalışmış, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant rütbəsi alan Cavid Abdullayev gətirilib./Modern.az Dominos pizza
Telegram kanalımız