Generalımızın Moskva səfərinin əhəmiyyəti:   “Qarabağın təhlükəsizliyində... ”

saytların hazırlanması

Evə çatdırılma

Generalımızın Moskva səfərinin əhəmiyyəti: “Qarabağın təhlükəsizliyində... ”

Siyasət

21 İyun 2021 20:41 2792


Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-dən 24-dək keçiriləcək IX Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Pepperoni pizza

Hərbi ekspert Ədalət Verdiyev sözügedən səfərin indiki məqamda ölkəmiz üçün əhəmiyyətini “Sherg.az”a dəyərləndirib.

Artıq 9-cu belə konfransın keçirildiyini deyən ekspert vurğulayıb ki, Azərbaycan Rusiya ilə həm regional, həm də qlobal təhlükəsizlik məsələlərinin müzakirəsində davamlı olaraq iştirak edir:

“Hesab edirəm ki, Qarabağda formalaşan yeni geosiyasi vəziyyət fonunda bu məsləhətləşmələrin regionda baş verən hadisələrə müsbət təsiri ola bilər. Bilirik ki, Rusiya həm Qarabağın təhlükəsizliyində sülhməramlılarının vasitəsilə iştirak edir, həm də bizimlə müxtəlif platformalarda əməkdaşlığı mövcuddur. Ən azından baş verən son proseslərə eyni baxış bucağının formalaşması üçün belə müzakirələrin aparılması faydalı ola bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!