Generalın yerinə təyin olunan şəxs əvvəllər bu nazirin işçisi olub

saytların hazırlanması

Evə çatdırılma

Generalın yerinə təyin olunan şəxs əvvəllər bu nazirin işçisi olub

Siyasət

22 Sentyabr 2023 18:33 1399


Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəis müavini, general-mayor Məhərrəm Qafarov vəzifəsindən azad olunaraq, yerinə polkovnik Nofəl Əsədov gətirilib. 

Qaynarinfo-ya Penitensiar Xidmətin rəis müavini vəzifəsini icra edən Nofəl Əsədovun kimliyi ilə bağlı maraqlı məlumat daxil olub. 

29.04.1982-ci il tarixdə Bakı şəhərində anadan olan Nofəl Əsədov uzun illər Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirlyində müxtəlif vəzifələrdə çalışıb. Son iş yeri isə FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi, general-mayor Adil Abdullayevin rəhbərlik etdiyi qurum olub.  Marqarita pizza

Nofəl Əsədov FHN-nin Böhran Vəziyyətində İdarəetmə Mərkəzinin Əməliyyat Şöbəsinin müdiri vəzifəsində çalışırmış.

Qeyd edək ki, 20.09.2023-cü il tarixdə ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə ədliyyə polkovniki Novəl Əsədova Penitensiar Xidmətin rəis müavini vəzifəsinin icrası həvalə edilib. 

Onun atası Abbas Əli Əsədov isə iş adamı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!