Gizirin intiharı ilə bağlı cinayət işi başlandı

saytların hazırlanması

Evə çatdırılma

Gizirin intiharı ilə bağlı cinayət işi başlandı

Hadisə

11 May 2022 12:57 181


Dövlət Sərhəd Xidmətinin (DSX) gizirinin özünü asaraq intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb. 

Bu barədə Yenisabah.az-a Respublika Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

O bildirib ki, 10 may 2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlunun həmin gün xidməti mənzildə özünü asaraq öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub: pizza hut

"Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri hərəkətlər yerinə yetirilib. Hazırda Şəmkir hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!