Goranboydakı qətllə bağlı Prokurorluq məlumat yaydı: Tutulan var

saytların hazırlanması

Evə çatdırılma

Goranboydakı qətllə bağlı Prokurorluq məlumat yaydı: Tutulan var

Kriminal

07 Aprel 2024 20:11 1523


Goranboyda qadının qətli ilə bağı cinayət işi başlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Goranboy Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin yeddisində saat 17 radələrində Goranboy rayon sakini 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Marqarita pizza

Araşdırma zamanı 2005-ci il təvəllüdlü Şahin Əmrahovun rayonun Tatarlı kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Alidə Kazımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

“Report”un məlumatına görə, Tatarlı kəndində Səfikürd kənd sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımovaya evində çoxsaylı bıçaq xəsarətləri yetirilib və boğazı kəsilib.

Məlumata görə, qadının iki qızı və iki oğlu var. Onlardan üçü ailəlidir, hadisəni törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Şahin Əmrahov isə subay olub. O, anası ilə birlikdə yaşayırmış.

Qadının həyat yoldaşı bir neçə il əvvəl yol-nəqliyyat hadisəsində ölüb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahin Əmrahov rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!