Göyərçin Baydenin kostyumunu çirkləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Göyərçin Baydenin kostyumunu çirkləndirdi

Dünya

13 Aprel 2022 10:29 486


Co Bayden Ayova ştatında çıxışı zamanı xoşagəlməz hal yaşanıb.

Yenisabah.az xəbər verir ki, ABŞ prezidenti benzinin qiymətinin aşağı salacağına söz verdiyi bir vaxtda, bir quş onun kostyumunu ləkələyib. 

Hər şey canlı yayımda baş verib. Bayden ya bunu hiss etməyib, ya da göyərçin "ləkəsinə" məhəl qoymamaq qərarına gəlib. Çıxışın başlanmasından cəmi üç dəqiqə sonra və qalan vaxta qədər pencəyin sol yaxasında ləkə qalmaqda davam edib. Marqarita pizza

Bu, Baydenlə bağlı ilk xoşagəlməz hal deyil. Buna qədər o, dəfələrlə çıxışı zamanı səhvlərə yol verib və bir neçə dəfə yıxılıb. Prezident çıxışında Çini Ukrayna ilə səhv salaraq, ən böyük buğda tədarükçüsü adlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!