Güclü külək əsəcək, duman olacaq, qar yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək əsəcək, duman olacaq, qar yağacaq

Sosial

05 Mart 2024 12:47 6949


Martın 6-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti olacaq.  Pepperoni pizza

Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1-6° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!