Güclü yağışlar 10 nəfərin həyatına son qoydu 

saytların hazırlanması

Evə çatdırılma

Güclü yağışlar 10 nəfərin həyatına son qoydu 

Dünya

01 Aprel 2024 11:49 378


Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində həftəsonu yağan güclü yağış və dolu nəticəsində azı 10 nəfər ölüb, 12 nəfər isə yaralanıb. 

Yenisabah.az xəbər verir ki, “The Express Tribune” qəzeti bu barədə təbii fəlakətlərin ıdarə olunması üzrə yerli idarəyə istinadla məlumat yayıb. 

Məlumata görə, təbii fəlakətdən ən çox Pişəvər şəhəri, həmçinin Bacaur, Mansehra, Bannu və Şimali Vəziristan bölgələri zərər çəkib. Onlarla yaşayış binası tamamilə və ya qismən dağılıb, iqtisadiyyata ciddi ziyan dəyib. Ölən və yaralananların əksəriyyəti qadın və uşaqlardır.  Toyuqlu pizza

Hakimiyyət orqanları zərər çəkən sakinlər üçün humanitar yardım mərkəzləri açıb və təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün fəaliyyətə başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!