Gün ərzində avtomobili park edənlərin saatı 20 qəpik olsun!

saytların hazırlanması

Evə çatdırılma

Gün ərzində avtomobili park edənlərin saatı 20 qəpik olsun!

Siyasət

31 Oktyabr 2023 19:05 990


“Şəhərin mərkəzində insanlar 2-3 saatlıq maşın saxlayırlarsa, bunun üçün 1 manat ödəniş etməyi məntiqli saymaq olar. Yox, əgər insanlar şəhərin mərkəzində gün ərzində park edirlərsə, bu çoxdur. Ümumilikdə 30-40 qəpiyə qədər olsa, vətəndaşlarımıza daha çox sərf edə bilər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı, Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Parkinq qiymətləri ilə bağlı fikirlərini bölüşən millət vəkili şəhərin mərkəzində xidməthaqqının yüksək olmasının normal olduğunu dilə gətirib: pizza

“Bununla bağlı biz Milli Məclisin kuluarlarında qeyri-rəsmi söhbətlər aparıb, məsləhətləşmələr həyata keçiririk. Amma buna sistem lazımdır. Yəni şəhər zonalara bölünməlidir və 1 manatdan başlayıb 10 qəpik düşərək 50 qəpiyə qədər bölgələrdə parkinqin saatı düşməlidir.

Gündəlik maşın saxlanma yerlərinə gəldikdə burada da qiymət siyasəti başqa olmalıdır. Bu kimi yerlərin saatı 20 qəpik olsa, müvafiq məsələyə məntiqli yanaşmaq olar”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!