“Gün ərzində Ukraynanın 1053 hərbi obyektinə zərbə endirilib“   - General Konaşenkov

saytların hazırlanması

Evə çatdırılma

“Gün ərzində Ukraynanın 1053 hərbi obyektinə zərbə endirilib“ - General Konaşenkov

Dünya

20 Aprel 2022 13:04 605


Rusiya Ukraynanın son sutkada verdiyi itkiləri elan edib. 

Yenisabah.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, gün ərzində Ukraynanın 1053 hərbi obyektinə zərbə endirilib.

“Rusiya Silahlı Qüvvələrinin aviasiyası gecə ərzində Ukraynanın 73 hərbi obyektini, o cümlədən yeddi dayaq məntəqəsini, dörd sursat anbarını və bir Msta-B haubitsasını vurub, Rusiyanın hava hücumundan müdafiə sistemləri Donbasda iki Toçka-U raketini vurub. Bundan başqa, xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin 496 pilotsuz uçuş aparatını, 2388 tankını və zirehli texnikasını məhv edib",- deyə rusiyalı general vurğulayıb. Pepperoni pizza

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşıı hərbi əməliyyatlara başlayıb. Hazırda müharibənin 56-cı günüdür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!