Günəş fırtınası hansı ölkəyə necə təsir edəcək?

saytların hazırlanması

Evə çatdırılma

Günəş fırtınası hansı ölkəyə necə təsir edəcək?

Dünya

15 Dekabr 2023 00:44 2103


2024-cü ildə Günəşdə normadan artıq partlayış olacağı deyilir.

Yenisabah.az xəbər verir ki, alimlər qarşıdan gələn “Günəş Maksimumu”unun hansı ölkəyə və necə təsir edəcəyini araşdırırlar.

2024-cü ildə Günəşdə baş verəcəyi təxmin edilən böyük partlayış bir müddətdir ki, dünya gündəmindədir. Günəşin 11 illik dövrlərini təqib edən elm adamları 2025-ci ildə ətrafımızda dövr etdiyimiz köhnə ulduzda normadan yüksək partlayış olacağını bildirmişdi. Bu tarix daha sonra bir il geriyə çəkildikdə, 2024-cü ilə aid fəlakət ssenariləri bütün dünyaya yayılmağa başlayıb. Günəşdə partlayışla bağlı fəlakətli söz-söhbət ilk olaraq Britaniya baş nazirinin müavini Oliver Doudenin açıqlamaları ilə ortaya çıxıb. pizza mizza

İngiltərə xalqını ola biləcək bir fəlakətə qarşı tədbir görməyə çağıran Dowden, mümkün elektrik kəsintiləri səbəbiylə şam və batareya ilə işləyən radioların yığılmasını təklif edib. O, elektrik enerjisinin və dolayısı ilə internet sisteminin çökməsi nəticəsində bəşəriyyətin 'Analoq Çağ'a qayıtma riskinin olduğunu bildirib.

Qeyd edək ki, Alimlərin “Günəş Maksimumu” adlandırdıqları günəş partlayışları ilk dəfə yaşanmır. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzinin (SWPC) mütəxəssisləri Günəşdəki dəyişiklikləri daim izləyirlər. NOAA-nın yenidən işlənmiş bəyanatına görə, "Günəş Cycle 25" adlı püskürmənin pik aktivliyi 2024-cü ilin yanvar və oktyabr ayları arasında baş verə bilər. Həmçinin qeyd edilir ki, sözügedən fəaliyyət 2019-cu ildə verilən proqnozlardan daha güclü və daha uzun sürəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!