Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) sorğunun nəticələrini dərc edib.
Yenisabah.az xəbər verir ki, “Gürcüstan üçün ən böyük siyasi təhlükə hansı ölkədir” sualına cavabda respondentlərin 77%-i Rusiya, 12%-i Türkiyə və 9%-i ABŞ adını çəkib.
IRI-nin sorğusuna əsasən, respondentlərin 6%-i İran, 4%-i Çin, 4%-i Ermənistan, 4%-i Azərbaycan, 3%-i Ukrayna üçün "ən böyük siyasi təhlükə" hesab edir. Dominos pizza
Respondentlərin 9%-i cavab verməkdən imtina edib və ya “bilmirəm” cavabını verib.
Sorğu 2023-cü il sentyabrın 14-dən oktyabrın 14-dək respondentlərlə fərdi müsahibə formatında aparılıb. Tədqiqatda 1200 Gürcüstan vətəndaşı iştirak edib.
Telegram kanalımız