Gürcüstan nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Siyasət

04 İyul 2021 15:37 2857


Gürcüstanın “Vahid Milli Hərəkat” Partiyasının üzvləri Azərbaycana rəsmi səfərə gəliblər. Nümayəndə heyəti İyulun 4-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edərək, məzarı önünə güllər düzüblər.

Yenisabah.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.

Sonra qonaqlar Şəhidlər xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər. Dördpendirli pizza

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Gürcüstan parlamentində təmsil olunan 3 azərbaycanlı deputatdan biri Abdulla İsmayilov da iştirak edir.  Abdulla İsmayılov 2020-ci il  Oktyabrın 31-də Gürcüstan parlamentinə keçirilən seçkilərdə “Vahid Milli Hərəkat” partiyasının proporsional siyahısı üzrə deputat mandatı qazanıb.

 

 

 

 

/Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!