Gürcüstan parlamentinin Bürosu müxalifətin Rusiya və onun vətəndaşlarına qarşı yönəlmiş qətnaməyə ali qanunverici orqanda baxılması təşəbbüsünü rədd edib.
Yenisabah.az Interfax-a iostinadla xəbər verir ki, "Gürcüstanın müdafiəsi haqqında akt” adlı qətnamə layihəsini “Lelo” partiyasının deputatları irəli sürüb.
Sənəddə Rusiya vətəndaşları üçün viza məhdudiyyətlərinin tətbiqi, onların əmək bazarına çıxışının məhdudlaşdırılması, Gürcüstanda torpaq və digər daşınmaz əmlakın alınmasının qadağan edilməsi təklif olunurdu. Həmçinin, Rusiya dövlət nömrə nişanlı avtomobillərin Gürcüstana girişinin qadağan edilməsi, Rusiya şirkətlərinin dövlət tenderlərində iştirakına qadağa qoyulması, Rusiya telekanallarının yayımının və Rusiya fondlarının Gürcüstanda fəaliyyətinin dayandırılması irəli sürülüb. Sezar pizza
Bundan başqa, müxalif deputatlar Rusiya ilə hava səyahətinə qadağa qoyulmasını tələb ediblər.
Telegram kanalımız