Hacıqabulda qəlp pul kəsənlər həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda qəlp pul kəsənlər həbs olundu

Kriminal

28 Noyabr 2024 12:24 1022


Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, şübhəli bilinən əvvəllər məhkum olunmuş Eldar Eynullayev və Nicat Cavadov saxlanılıblar. Həmin şəxslərin idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 ədəd 20 manatlıq və 33 ədəd 10 manatlıq olmaqla 350 manat saxta pul, eləcə də narkotik vasitə olan marixuana və metamfetamin aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin rayon ərazisində yerləşən bir neçə marketə saxta pul əskinasları verməyə cəhd etdikləri müəyyən edilib. Dördpendirli pizza

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!