Hacıqabulda quldurluq edən şəxslər saxlanıldılar

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda quldurluq edən şəxslər saxlanıldılar

Kriminal

30 Noyabr 2024 17:54 1271


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində quldurluq edən Ucar rayon sakinləri Cəbrayıl Orucov, Aras Umarov, Sadiq Əsgərov və bir nəfər yeniyetmə saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, araşdırmalar zamanı saxlanılan şəxslərin zərərçəkənə qarşı zor tətbiq edərək üzərində olan 690 manatı ələ keçirdikləri müəyyən edilib. Toyuqlu pizza

Faktla bağlı cinayət işi başlanıb, C.Orucov, A.Umarov və S.Əsgərov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!