Hakan Fidan Şuşadadır

saytların hazırlanması

Evə çatdırılma

Hakan Fidan Şuşadadır

Siyasət

10 Oktyabr 2023 12:40 477


Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.

Yenisabah.az xəbər verir ki, o, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Şuşa şəhərində təşkil olunan 27-ci iclasında iştirak edəcək.

H. Fidan hazırda Şuşadadır. pizza hut

İclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndiriləcək, təşkilatın gündəliyində duran cari məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, İƏT Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!