“Azərbaycanın Belarusdakı keçmiş səfiri İsfəndiyar Vahabzadənin rus xalqı haqqında təhqiramiz sözləri qəzəb partlayışına səbəb olub”.
Yenisabah.az xəbər verir ki, bu sözləri rus politoloq Sergey Markov bildirib.
O qeyd edib ki, bu qəzəb Rusiyada o qədər də çox deyil: pizza sifarişi
“Rusiyada burada ancaq sifətləri turşudublar. Azərbaycanda daha çox qəzəb var, orada hamı birbaşa İsfəndiyar Vahabzadənin onlar üçün utanc olduğunu deyir. Azərbaycanda hamı əmindir ki, görkəmli şairin oğlu və Prezident İlham Əliyevi tənqid edən müxalif keçmiş səfir Rusiya və Azərbaycanı qarışdırmaq istəyən birindən pul alıb və bu çirkli pulla xalqı qəzəbləndirməyə çalışır. Hamı açıq şəkildə onu “axmaq” və “öz ölkəsinin düşməni” adlandırır.
Azərbaycanda insanlar təkcə Vahabzadənin qardaş rus xalqı haqqında kobud sözlərinə qəzəblənmirlər, eyni zamanda, rus mədəniyyətinə bağlı olduqlarını, güclü və böyük Rusiyaya hörmət etdiklərini, rus xalqını qardaş olaraq gördüklərini göstərməyə çalışırlar. Və bu, həıqiqətən, belədir”.
Telegram kanalımız