Hansı bürclər daha çox xəyanət edir?

saytların hazırlanması

Evə çatdırılma

Hansı bürclər daha çox xəyanət edir?

Sosial

28 İyul 2024 10:52 8253


Avstraliyalı tədqiqatçılar internet istifadəçiləri arasında hansı bürclərin daha çox xəyanət etməsi ilə bağlı sorğu keçirib.

Tədqiqatçılar iddia edir ki, insanın sədaqətli olması onun bürcündən asılıdır. Belə ki, Avstraliyada tanışlıq saytının araşdırmasına görə, insanların aldatma ehtimalı ilə bürcləri arasında əlaqə olduğu üzə çıxıb.

İnternet saytının apardığı araşdırmanın nəticələrinə görə, ən çox xəyanət edən bürclər Dolça, Qoç və Balıqlar olur. Dolçalar 11 faizlə ilk yerdə, Balıqlar 10,1 faizlə ikinci yerdə, Qoçlar isə 10 faizlə üçüncü yerdə qərarlaşıb. pizza mizza

Saytın direktoru Sigurd Vedalın sözlərinə görə, Dolçalar çox seksual və istiqanlıdır. Dolayısı ilə onların xəyanətə meylli olması bürclərindən irəli gəlir.

Araşdırmaya görə, xəyanətə ən az meylli olan bürclər Şir, Əqrəb və Oxatan olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!