Hava ilə bağlı vacib məlumat

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı vacib məlumat

Sosial

17 Avqust 2024 09:05 641


Avqustun 17-si Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

Bu barədə Yenisabah.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keşəcəyi, lakin gündüz havanın qısamüddətli tutulacağı gözlənilir. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  pizza sifarişi

Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50% olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 19-24° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-19° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!