Hava ilə bağlı vacib MƏLUMAT: 17-18 avqustda...

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı vacib MƏLUMAT: 17-18 avqustda...

Sosial

16 Avqust 2024 14:59 984


17-18 avqust tarixində ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, temperaturun tədricən 3-4° yüksələcəyi gözlənilir. 

Bu barədə Yenisabah.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. 17-si gündüz saatlarında havanın qısamüddətə tutulacağı ehtimal olunur. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.  pizza

Havanın temperaturu gecə 20-25°, gündüz 28-33° isti olacaq. 

Bölgələrdə də müşahidə olunun yağıntılı hava şəraiti avqustun 17-si gündüz saatlarınadək davam edəcəyi, 18-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 20-25°, gündüz 30-35° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!