Hava kəskin dəyişəcək   - Xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Hava kəskin dəyişəcək - Xəbərdarlıq

Sosial

20 Avqust 2020 23:01 2930


Günlərdir sərin keçən havanın temperaturu sabah axşamdan bir az da aşağı düşəcək. Bakıda külək, bölgələrdə isə yağış və dolu gözlənilir. Ümumilikdə ölkə ərazisində temperatur 10 dərəcəyədək enəcək. 

Yenisabah.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, avqustun 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq avqustun 24-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyinin ayrı ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 5-10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. pizza mizza

Bakıda və Abşeron yarımadasında isə avqustun 21-i axşamdan avqustun 24-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətiningecə və səhər yarımadanın bəzi yerlərində arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10 dərəcə aşağı enəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!