Hava şəraiti ilə bağlı əhaliyə çağırış edildi

saytların hazırlanması

Evə çatdırılma

Hava şəraiti ilə bağlı əhaliyə çağırış edildi

Sosial

13 Avqust 2024 17:05 597


Son aylar ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti respublikanın şimal bölgəsində, o cümlədən Lahıc-Dəmirçi-Şamaxı yolunda və digər avtomobil yol infrastrukturunda müəyyən fəsadlara səbəb olub.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, növbəti günlərdə də Azərbaycanın əksər bölgələrində yağıntılı hava şəraiti gözlənilir. pizza hut

Yağıntıların arabir leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var:

"Buna görə də əhaliyə müraciət edirik ki, sinoptiklərin verdiyi xəbərdarlıqlara diqqət yetirsinlər və ehtiyat tədbirlərini unutmasınlar. Mövsümlə əlaqədar olaraq bölgələrə istirahət üçün üz tutan vətəndaşlardan mümkün qədər fəsad yaranmış yollardan deyil, alternativ yollardan istifadə etmələri xahiş olunur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!