Həbsdə olan vəkil ev dustaqlığına buraxılmadı

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə olan vəkil ev dustaqlığına buraxılmadı

Kriminal

08 Aprel 2024 11:05 1449


Bakıdakı 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri, tanınmış vəkil Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hakimlər dəyişdiyi üçün məhkəmə istintaqı yenilənib.

Daha sonra təqsirləndirilən Sümbülə Əliyeva məhkəmədən barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Onun vəkili də vəsatətlə çıxış edərək Sümbülə Əliyevanın ev dustaqlığına buraxılmasını xahiş edib. pizza sifarişi

Dövlət ittihamçısı isə bildirib ki, barəsində ev dustaqlığı seçilsə, Sümbülə Əliyeva yenə məhkəmədən yayınacaq.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra vəsatətin təmin edilmədiyi elan olunub.

Prosesi aprelin 22-də davam etdiriləcək.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Onu da qeyd edək ki, Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət içi üzrə məhkəmədən yayınması əsas gətirilərək ötən ay barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!