Həkim həyat yoldaşını öldürən Türkiyə vətəndaşına ağır cəza verildi - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Həkim həyat yoldaşını öldürən Türkiyə vətəndaşına ağır cəza verildi - FOTOLAR

Kriminal

09 Yanvar 2025 14:35 687


Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı, Türkiyə vətəndaşı Muhammet Gündüzə hökm oxunub. 

Yenisabah.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Hökmə əsasən, Türkiyə vətəndaşı Muhammet Gündüz 17 müddətinə azadlıqdan məhrum edilib.  Sezar pizza

Xatırladaq ki, son prosesdə dövlət ittihamçısı Samir Məmmədov məhkəməyə təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Qeyd edək ki, ötən il mayın 7-də Novxanı qəsəbəsində 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair Abşeron rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı arvadı Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Muhammet Gündüz şübhəli şəxs qismində tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2. 4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 

Qətlə yetirilən Türkan Gündüz tanınmış həkim olub. O, ölümünə qədər klinikalardan birində plastik cərrah kimi fəaliyyət göstərib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!